Ermənistan baş nazirinin ofisi Türkiyə jurnalistlərini ölkəyə dəvət etməyə hazırlaşır. Məqsəd Nikol Paşinyanın “Sülh qovşağı” təşəbbüsünü işıqlandırmaqdır. Bu barədə baş nazirin aparat rəhbəri Araik Arutyunyan deyib.
Onun sözlərinə görə, yaxın günlərdə iranlı ekspertlərin 4 gün davam edəcək səfəri planlaşdırılır. “Bundan əlavə, ilin sonu və ya gələn ilin əvvəlində İrəvanda regionun bir sıra ekspert mərkəzlərinin nümayəndələrinin görüşü keçiriləcək. “Sülh qovşağı” əsas müzakirə mövzusu olmayacaq, amma yenə də ona toxunulacaq”, - Araik qeyd edib.
Türkiyəli media mənsublarının dəvətə necə reaksiya verəcəyi bəlli deyil. Yəqin ki, xoş məram jesti kimi təklifi geri çevirməzlər və İrəvana səfər edərlər. Buna qədər bənzər ziyarətlər olub. Hərgah imtina üçün əsaslar kifayət qədərdir...
Birinci elə erməni cəmiyyətində hələ də güclü olan Türkə aşırı nifrət. Yeri gəlib xatırladaq: keçən ilin aprelində İrəvanda Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində, Nikol Paşinyanın gözü önündə Azərbaycan bayrağı yandırılmışdı. Həmin təxribatçı olaya Paşinyan heç bir reaksiya vermədi, onu pisləmədi.
Bir il sonra – bu ilin aprelində isə Nikol İrəvanın mərkəzində “Nemezis” terrorçularına abidə kompleksi qoydurdu.
Üstəgəl, onun rəsmi nümayəndəsi və hakim partiyanın üzvü - İrəvan merinin müavini açılışda çıxış edərək, Türkiyə və Azərbaycan ictimai-siyasi xadimlərini qətlə yetirmiş daşnak-quldurları qəhrəman qismində təqdim və vəsf eləmişdi...
Yaxud belə bir reallıq: Ermənistan konstitusiyasında həm Türkiyəyə (“qərbi Ermənistan”), həm də Azərbaycana (keçmiş Dağlıq Qarabağ) torpaq iddiaları bu günədək qalır - üst-üstə 190 min kv km-lik bir ərazi!. Paşinyan hökuməti qonşularla siyasi-diplomatik əlaqələrin qurulmasına əsas əngəl olan həmin müddəaları aradan qaldırmaq üçün ötən 4 ildə heç nə etməyib.
Bunun üstündən Türkiyə mediasına “Sülh qovşağı” ilə bağlı dəvət göndərmək elementar siyasi səmimiyyətlə uzlaşmır...
Bu yerdə bir-iki kəlmə ilə yada salaq ki, “Sülh qovşağı” qeyri-real bir layihədir və əslində Zəngəzur dəhlizinin (Turan yolunun) önəmini sıfırlamağa, ümumiyyətlə, onu gündəmdən çıxarmağa hesablanıb. Layihə “atı arabanın arxasına” bağlamaq anlamı daşıyır, çünki Bakı və Ankara ilə real sülh müqavilələri imzalanmadan sərhədlərin və kommunikasiyaların açılmasını nəzərdə tutur. Bu da mümkünsüz.
Ötə yandan, “ən yaxşı erməni” kimi Nikol Vovayeviç belə sülhpərvərdirsə, niyə azərbaycanlı jurnalistləri də Ermənistana dəvət eləmir? Əgər dəvət həqiqətən xoş niyyətindən qaynaqlanırsa, onda məntiqlə siyasi-diplomatik əlaqələrin olmadığı Azərbaycana da eyni müraciət göndərilə bilərdi.
Bu detalın özü rəsmi İrəvanın əsas qonşularla barışıq məsələsində sonadək səmimi ola bilmədiyini bir daha təsdiqləyir. Necə deyərlər, “üstü bəzək, altı təzək”...
Bədnam qonşular heç cür anlamaq istəmirlər ki, Azərbaycana və Türkiyəyə rəsmən ərazi iddialarını saxlamaqla bu iki ölkə ilə barışmaq, dost-tərəfdaş olmaq mümkün olmayacaq! Özlərini aldatmasınlar. Bu qoltuqda daş gizlədən birinin qonşu ilə qardaşlıqdan dəm vurmasına bənzəyir.
Müxtəsəri budur ki, bölgədə bizimlə dinc-yanaşı, sülh içində yaşamaq, dostluq eləmək istəyirlərsə, bunu kişi kimi, mərdanə eləsinlər. Adamlıqları olsun. Hərçənd “erməni” sözü ilə “kişi”, “mərdanə” sözlərini yanaşı işlətmək qəbahət olardı.
Yoxsa ki, jurnalistlərin ardınca günün birində qədim Türk yurdu İrəvana tanklarımız gedəcək...
Z.SƏFƏROĞLU