Türkiyəli iş adamı: “Şəhid ailələri və övladları üçün böyük planım var”

“Bakıda səfər olarkən şəhid məzarlığını da ziyarət etdim. Şəhid məzarlığı bir millətin ən böyük mirasıdır. Bu baxımdan Azərbaycanın şəhid ailələri və uşaqlarının gələcəyi üçün böyük planım var”.

Bu sözləri Bakıda səfərdə olan tanınmış türkiyəli iş adamı Sebahettin Civelek TV Musavat-a açıqlamasında bildirib.

Türkiyəli iş adamı şəhid ailələri və övladlarına yardım etməyi özünə vəzifə bildiyini dedi:

“Şəhid ailələri və uşaqlarına dəstəklə bağlı bir müddət əvvəl danışmışdıq və söylədiklərimizi unutmadıq, kimsə də unutduğumuzu zənn etməsin. Bu, beynimizdə anidən alovlanıb, sonra da bir anda yox olub gedən, unudulan fikirlər deyil. Bu, bizim vəzifəmizdir və bu vəzifəni gələcək nəsillərə ötürməyimiz lazımdır”.

Xatırladaq ki, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Sərvər Bəşirlinin öz köhnə “jiquli” ilə yardım apararkən çəkilmiş fotoları həm Azərbaycan, həm də Türkiyə mediasında gündəm olmuşdu. Əslən Laçından olan Sərvər Bəşirlinin bu yardımsevərliyi hər iki ölkə insanını göz yaşlarına boğmuşdu. Türkiyəli iş adamı Sebahettin Civelek Bakıya gələrək Sərvər Bəşirliyə yeni avtomobil hədiyyə edib, ailəsi üçün tikiləcək ikimərtəbəli evin təməlini qoymuşdu. Hazırda evin son inşaat işləri aparılır.

Daha ətraflı aşağıdakı linkdə:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

24.09.2023 11:20
1514