Türkiyənin Samsun şəhərinin Çarşamba rayonunda avtomobil yol kənarındakı evin bağçasına aşıb, sürücü - həvəskar futbolçu 21 yaşlı Burak Karaköse həyatını itirib.
Musavat.com baku.ws-ə istinadən bildirir ki, onun yanındakı Furkan Arı adlı şəxs isə yaralanıb.
Məlumata görə, qəza dünən Samsun-Ordu yolunun Beylerce mövqeyində meydana gəlib.
Samsun Super Həvəskarlar Liqasının komandalarından olan "Gençlergücü" İdman Klubunun futbolçusu Burak Karaköse idarəetməni itirib, avtomobil yol kənarındakı evin bağçasına düşüb.
Nəticədə ağaca çırpılaraq yan aşan avtomobilin sürücüsü Karaköse və yanında olan Furkan Arı yaralanıb.
Onlar sağlamlıq qrupları tərəfindən Çarşamba Dövlət Xəstəxanasına aparılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq Karaköseni xilas etmək mümkün olmayıb.
Qəza ilə bağlı araşdırmalar davam edir.