Kırklarelili fermer Qarabağ Zəfərinin 4-cü ildönümü münasibəti ilə maraqlı jest edib.
Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, Burak Tunçkol adlı fermer çalışdığı tarlada yerə şumla "Qarabağ Azərbaycandır, Qarabağ Zəfəri 4 Yaşındadır" yazıb.
Yazını təxminən 4 saat ərzində ərsəyə gətirdiyini bildirən fermer iki dövlət, bir millət şüarını yaşatmaq üçün belə bir addım atdığını qeyd edib.
Qarabağ zəfərində çoxlu şəhid verildiyini vurğulayan Tunçkol "Tarlada yazı yazarkən hər dəfə şumu torpağa batıranda şəhidləri xatırladım. Şəhidlərimizin məkanları cənnət olsun", - deyə bildirib.
Xalidə Gəray
Musavat.com