Türkiyəli ekspert nöqtəni qoydu: "Raketlə ..."

Musavat.com xəbər verir ki, İran prezidentini və onun heyətini daşıyan helikopterin qəzaya uğraması hələ də 1 saylı müzakirə mövzusudur. Dünyanın bütün media quruluşları, beyin mərkəzləri, ekspert və düşünürləri bu barədə danışır, yazır, müxtəlif iddialar üzrə qızğın müzakirələr aparırlar. Bu müzakirələrdən birinə də Türkiyəli ekspert İlyas Bozkurt qoşulub. O, helikopter qəzasını belə şərh edir:

“Səfər planı əvvəlcədən hazırlanır. Əgər havada hər hansı dəyişiklik varsa, müvafiq quruma məruz edilir. “Bell 412” helikopterləri 1979-cu il üçün müasir olsa da, 2024-ci il üçün çox köhnədir.

Dosya:İlyas Bozkurt.JPG - Vikipedi

Helikopter yerə düşüb. Və yerə dəydikdən sonra yanmağa başlayıb. Raketlə vurulsa idi, tamam fərqli mənzərə olardı”.

Musavat.com faciə ilə bağlı fərqli fikir və iddiaları oxucusuna çatdırmaqda davam edəcək.

Musavat.com

21.05.2024 08:32
5388