Türkiyəli bloger Alper Rende şəxsi youtube kanalında Azərbaycanla bağlı görüntülər paylaşıb.
Paytaxt Bakının qonağı olan bloger daha sonra çəkiliş heyəti ilə Qarabağa yollanıb.
Əvvəl Füzuli rayonunda olan Alper döyüş gedən ərazilərdə olub. Orada Alper erməni əsgərlərinə aid hərbi geyim, papaq və boş konservalar tapıb.
Daha sonra bloger çəkiliş qrupu ilə birlikdə ermənilər tərəfindən tövlə kimi istifadə edilən məsciddə olublar. Onlar ermənilərin belə bir addımını böyük hörmətsizlik adlandırıblar.
Alper Şuşa öz heyəti ilə Şuşa həbsxanasında da çəkiliş aparıb. I Qarabağ müharibəsindən sonra həmin həbsxanada azərbaycanlı hərbi əsir və mülkü vətəndaşların saxlanıldığını və orada müxtəlif işgəncələrə məruz qaldıqlarını eşidən bloger şok yaşayıb. O həbsxanada gördüyü vəziyyətdən dəhşətə gəlib.
Daha çox türklərin az olduğu ölkələrə gedərək ordan videolar paylaşan Alper Azərbaycandan əvvəl Ermənistana gedib.
Ətraflı videoda:
BAKU.WS