Türkiyəli aktyor kirayə qaldığı evə görə məhkəməyə verildi

3 min 500 TL kirayə ödədiyi ev sahibi ilə məhkəməlik olan türkiyəli aktyor Nuri Alçonun həyat yoldaşı mətbuata açıqlama verib. O bildirib ki, 2 il haqları olan evdən zorla onları çıxarmaq istəyirlər.

BAKU.WS xəbər verir ki, Nuri Alço 2016-cı ildən bəri yaşadığı evin yeni sahibi ilə kirayə puluyla bağlı məhkəməlik olub. 

Alçonun 3 min 500 türk lirəsi kirayə verdiyi ev sahibi ilə mübahisə edən həyat yoldaşı Burcu Alço hadisənin məğzini danışıb.

Ev sahibinin xəbər vermədən evi satdığını ifadə edən Alço, "bizi evdən çıxarmaq istədi, edə bilmədikdə isə bizi məhkəməyə verdi. Kirayə haqqını artırmaq istədik, lakin o, razı olmadı",- deyə əlavə edib. 

16.07.2024 23:22
859