Türkiyəli aktrisa fransız serialındakı roluna görə qınanıldı - FOTO

2016-cı ildə Fransada yayımlanan "Le Bureau des Legendes" serialında PYD/YPG-yə sızmış agent rolunu oynadığı üçün tənqid edilən aktrisa Melisa Sözen haqqında deyilən sözlərə reaksiya bildirib.

Musavat.com "Unikal"a istinadən xəbər verir ki, o, özünün instaqram hesabında onu qınayanlara cavab verib.

"Serialda heç bir terror təşkilatının tərifi yoxdur, atılan böhtanları qəbul etmirəm",- deyə Sezen bildirib.

O, həmçinin, "Sözügedən serial gizli iş deyil. Fransanın ən məşhur detektiv serialıdır. Oynadığım serial 2017-ci ildə yayımlanıb. İŞİD-ə qarşı mübarizə aparan ikili agent rolunu oynadım. Serialda heç bir terror təşkilatının tərifi yoxdur. Əgər belə olsaydı, siz son yeddi ildə bunu eşitmiş olardınız",- deyə əlavə edib.

 

23.08.2024 21:16
1300