Türkiyədən ŞAD XƏBƏR

Oktyabr ayında Türkiyənin cari əməliyyatlar hesabında bir il əvvəlki 815 milyon dollar kəsirlə müqayisədə 186 milyon dollar müsbət saldo qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə Mərkəzi Bankı açıqlayıb.

Bundan əlavə, ölkədə işsizlik səviyyəsinin də oktyabrda əvvəlki 11 ilin ən aşağı səviyyəsinə düşdüyü bildirilir. Beləliklə, qardaş ölkədə ardıcıl ikinci aydır ki, cari əməliyyatlar hesabında müsbət saldo qeydə alınıb. Sentyabrda 1,91 milyard dollar təşkil edib.

Bu arada, Türkiyə Statistika Təşkilatının (TÜİK) bazar ertəsi dərc etdiyi məlumatlara görə, Türkiyədə işsizlik səviyyəsi sentyabrda 9,1 faizdən oktyabrda 8,5 faizə - 2012-ci ilin oktyabr ayından bəri ən aşağı səviyyəyə düşüb.

Ay ərzində işsizlərin sayı 163 min nəfər azalaraq 2 milyon 961 min nəfər, məşğul olanların sayı 246 min nəfər artaraq 31 milyon 835 min nəfər təşkil edib.

Musavat.com

11.12.2023 16:31
4800