Türkiyədən azərbaycanlıları təxliyə edən 4 avtobus Gürcüstan sərhədini keçib

“Türkiyənin zəlzələ baş verən ərazilərindən azərbaycanlıları daşıyan 4 avtobus artıq Gürcüstan sərhədini keçib”.

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, hazırda təxliyə olunanların sayı dəqiqləşdirilir: “205 nəfər dəqiqdir. Digərlərinin də sayı müəyyənləşdirilir. Bu gün də avtobusların yola düşməsi gözlənilir”.

09.02.2023 15:22
327