Türkiyədəki zəlzələdə dağıntılar altından çıxarılan seyflər AÇILDI

Türkiyədə 6 fevral 2023-cü ildə mərkəzi Kahramanmaraş olan zəlzələlərdən sonra dağıntılar altından çıxarılan və bu günə qədər təslim edilməyən 197 polad seyf açılıb.

Bu haqda “Sputnik Türkiye” məlumat yayıb.

Açıqlamada aşkarlanan 197 seyfdən 119-nun boş olduğu, 57 seyfdə dəyərsiz sənəd və əşyaların, 21 polad seyfdə isə 5 kilo 90 qram qızıl, 21 qızıl sikkənin olduğu bildirilib. Aralarında kulon, 3 ədəd qızılla örtülmüş qol saatı, 2 gümüş bilərzik və 4 cüt gümüş sırğa, 458 min 198 türk lirəsi, 58 min 700 dollar, 404 avro və köhnə sikkələrin tapıldığı əlavə olunub.

Qeyd edilib ki, bəzi seyflərdən 3 ədəd silah və 397 ədəd patron, 38 ədəd tarixi əsər, 960 ədəd reseptli həblərin tapılıb. Açılan seyflərdən çıxan əşya və sənədlər sahiblərinə və ya varislərinə təslim edilib. (Qafqazinfo)

06.04.2024 20:37
1742