Türkiyənin İzmir əyalətində baş verən yanğınlara görə 7 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Ali Yerlikaya "X" sosial şəbəkəsində bildirib.
"Meşə yanğınlarının baş verməsində yeddi nəfər şübhəli bilinərək saxlanılıb", - deyə paylaşımda bildirilir.
Onlardan dördü İzmir əyalətində, o cümlədən onun ətrafındakı Karşiyakada saxlanılıb.
Musavat.com