Türkiyədəki terakta Ermənistandan gözlənilməz reaksiya

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyədə törədilən terror aktını pisləyən bəyanat yayıb.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bəyanat Ermənistan XİN-in X sosial şəbəkəsində yerləşdirilib.

“Bu gün Ankarada baş verən hücum onu ​​göstərir ki, terrora və günahsız insanlara zərər verməyə heç bir bəraət yoxdur. Ermənistan, dəfələrlə qeyd edildiyi kimi, terrorizmin bütün formalarına və buna bənzər zorakı hərəkətlərə qarşıdır”, - bəyanatda qeyd olunub.

Xatırladaq ki, Ermənistan uzun illər Azərbaycana qarşı terror aktları həyata keçirib. Eyni zamanda ermənilər türk diplomatlara sui-qəsdləri ilə tanınırlar. Bu ölkənin bu və ya digər formada dəstək verdiyi onlarla erməni terror təşkilatı var.

Qeyd edək ki, Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasının qarşısında iki partlayış baş verib, 3 terrorçu silahlı hücum edib. Nəticədə 4 nəfər ölüb, 14 nəfər yaralanıb. Terrorçulardan ikisi məhv edilib.

23.10.2024 22:52
1918