Türkiyədə zəlzələlər nəticəsində 500-dən çox səhiyyə işçisi həyatını itirib

Türkiyədə fevralın 6-da Kahramanmaraşda baş verən və 10 bölgədə hiss edilən güclü zəlzələlər nəticəsində həyatını itirən səhiyyə işçilərinin sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O qeyd edib ki, zəlzələ bölgəsində 505 səhiyyə işçisi həyatını itirib.

14.03.2023 12:05
397