Türkiyədə zəlzələ oldu

Egey dənizində 4,5 bal gücündə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, bu gün Türkiyə vaxtla saat 20:51-də Egey dənizində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Hadisə ilə bağlı hələlik hər hansı itki və ya dağıntı barədə məlumat verilməyib. 

Mənbə: https://www.evrensel.net/haber/548203/ege-denizinde-4-5-buyuklugunde-deprem

 

Musavat.com

27.03.2025 23:22
746