Türkiyənin Muğla vilayətinin Dalaman ilçəsində 3,7 bal gücündə zəlzələ baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi məlumat yayıb.
Təkanlar yerin 13,4 km dərinliyində meydana gəlib.
Dağıntı və tələfat yoxdur.