Türkiyədə zəlzələ oldu

Türkiyədə iki vilayətində - Malatya və Manisada 4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Musavat.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Malatyada baş verən zəlzələ şəhər mərkəzindən 31 km məsafədə, 9 km dərinlikdə qeydə alınıb.

Manisada isə qeydə alınan təkanların ocağı mərkəzdən 45 km uzaqlıqda yerləşib. Zəlzələnin episentri 12 km dərinlikdə yerləşib.

06.01.2024 23:50
984