Türkiyənin Çanaqqala rayonunda zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, 4.9 bal gücündə olan zəlzələ İstanbulda və ətraf rayonlarda hiss edilib.
Yeraltı təkanlar 10.44 km dərinlikdə baş verib.
Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında zəlzələ ilə bağlı paylaşım edib.
"Çanaqqalada baş verən 4,9 bal gücündə zəlzələdə AFAD və aidiyyatı qurumların bütün qrupları ərazilərə baxış keçirirlər. Zəlzələ ətraf əyalətlərdə də hiss olunub. Hazırda heç bir neqativ hal yoxdur. Biz hadisələri izləyirik. Zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza ən xoş arzularımı bildirirəm. “Allah ölkəmizi, millətimizi bəlalardan qorusun", - Ali Yerlikaya qeyd edib.
Musavat.com