Türkiyədə Mərmərə dənizində gəmidə yanğın olub.
Milli.Az haberler-ə istinadən xəbər verir ki,Yalovadan Bolqarıstana üzən "FG SEVİL" adlı quru yük gəmisində naməlum səbəbdən yanğın baş verib. 17 heyət və 8 işçinin olduğu yanğın baş verən gəmidə 2 nəfər həlak olub.
Yanğında Hüseyn Aydemir və Gökhan Kan həyatını itirib.
Prokurorluq məsələ ilə bağlı araşdırma başladıb.