Türkiyədə Ramazan bayramı tətilinin ilk günündə baş vermiş 651 yol-nəqliyyat hadisəsində 9 nəfər ölüb, 1047 nəfər yaralanıb.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə bildirib.
“Bayram tətilinin ilk günündə yol qəzalarında, təəssüf ki, doqquz vətəndaşımız həlak olub. 1 047 vətəndaşımız isə yaralanıb”, – nazir diqqətə çatdırıb.
Yerlikaya vurğulayıb ki, statistika sadəcə 6 aprel tarixini əhatə edir. (Report)