Türkiyədə yenidən zəlzələ oldu

Türkiyənin Elazığ şəhərinin Palu rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerin 14,56 kilometr dərinliyində qeydə alınan zəlzələ ətraf rayonlarda da hiss olunub.

20.02.2023 10:19
939