Türkiyə hökuməti dövlət qulluqçularının minimum əmək haqqının, həmçinin bir sıra vergilərin artırılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Musavat.com xəbər verir ki, layihələr Türkiyə Böyük Millət Məclisinin rəhbərliyinə təqdim olunub.
Hakim AKP-nin Məclis fraksiyasının rəhbəri Abdullah Gülərin verdiyi məlumata görə, layihədə dövlət qulluqçularının minimum əmək haqqının indiki 11,8 min lirədən 22 min lirəyə - təxminən 850 dollara qaldırılması nəzərdə tutulur: “İnflyasiya fərqinə görə artımı da nəzərə alsaq, real artım 8 077 lirə olacaq. Dövlət qulluqçularının minimum əmək haqqı 22017 lirəyə çatacaq. Beləliklə də iyulda xalis artım 86 faiz təşkil edəcək. Dövlət sektorunda orta aylıq əmək haqqı məbləği 25015 lirəyə( təxminən 960 dollar) bərabər olacaq”.
Qanun layihəsində həmçinin vergitutmada dəyişikliklər də nəzərdə tutulur. Həmin dəyişikliyə əsasən nəqliyyat vasitəsinə görə ödənilən vergi 2 dəfə artırılır. Bu, bütün növ nəqliyyat vasitələrinə - avtomobil, su, hava – aiddir. Vergi avtomobilin sərnişin tutumu, yaşı, havaya buraxdığı qazların həcminə görə fərqli hesablanır. Ümumilikdə 1,6 mühərrikli avtomobilə görə vergi 120-150 dollar ətrafındadır.
Türkiyə hökuməti həmçinin illik gəlirdən hesablanan korporativ verginin 25 faizdən 30 faizə qaldırılmasını planlaşdırır. Bu, maliyyə lizinqi, faktorinq, elektron ödənişlər, kapital bazarı iştirakçıları, sığorta və təkara sığorta sahələrində çalışan şirkətlərə, həmçinin pensiya fondlarına aiddir.
Eyni zamanda sırf ixracatdan əldə edilən korporativ gəlirlərə tətbiq olunan 1 faizlik vergi 5 faziə qaldırılacaq.
Yeni hökumət Türkiyənin ilk elektromobili olan Togg-un da qiymətini artırır. Avromobilin ümumi dəyəri 27 faizə qədər artaraq 46,5 -60 min dollara çatır.
Musavat.com