Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə daha bir zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, 4.0 bal gücündə zəlzələ Kahramanmaraşın Elbistan bölgəsində qeydə alınıb.

Xatırladaq ki, ən son məlumata əsasən fevralın 6-da baş verən zəlzələdə ölənlərin sayı 12 873-ə çatıb, 62 937 nəfər yaralanıb.

Musavat.com

09.02.2023 11:00
7875