Türkiyədə yaşayış binası çökdü: İnsanlar dağıntılar altında qaldı

Türkiyənin Kırşehir şəhərinin Çiçekdağ rayonunda yaşayış binasında qaz sızmasından partlayış baş verib.  

BAKU.WS İHA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində 2 mərtəbəli bina çöküb.

Məlumata görə, dağıntılar altında qalan dörd nəfər çıxarılaraq yaxınlıqdakı xəstəxanaya aparılıb.

Bildirilir ki, xilas edilənlərdən biri azyaşlıdır.

Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunublar.

 


 
05.10.2022 15:48
733