Türkiyədə yaşayan azərbaycanlı alim Bakıda avtoqəzada ölüb

Türkiyədə yaşayan türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlu Bakıda vəfat edib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Qeyd olunub ki, Arif Acaloğlu Azərbaycan Milli Elmlər Akademiyasının dəvəti ilə konfransda iştirak üçün gəlib. O, Bakıda yol-nəqliyyat hadisəsində həyatını itirib.

16.11.2023 12:17
1223