Türkiyədə yanğında ölənlər arasında AZƏRBAYCANLILAR VAR? - RƏSMİ CAVAB

Türkiyənin Bolu vilayətində, Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş verən yanğında ölənlər və yaralananlar arasında azərbaycanlılar yoxdur.

Bunu Musavat.com-un sorğusuna cavabında Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ayxan Hacızadə deyib.

Türkiyə mətbuatının məlumatına görə, yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

21.01.2025 18:37
1384