Türkiyədə yandırılan faytonu söndürmək istəyənlərə atəş açılıb: Ölən və yaralananlar var

İzmirin Karşıyaka rayonunda düşmənçilik zəminində yandırılan faytonu söndürmək üçün toplaşan kütləyə qarşı ov tüfənglərindən atəş açılıb.

Məlumata görə, hadisə zamanı bir qadın ölüb, beş nəfər yaralanıb.

Qeyd olunub ki, faytonu sahibi ilə aralarında mübahisə olan şəxslər yandırıblar.

Hadisə ilə bağlı dörd şübhəli saxlanılıb.//Oxu.az

06.07.2024 04:58
1200