Türkiyədə vətəndaşların şəxsi məlumatlarını terrorçulara satan şəxslər TUTULDU

Türkiyədə vətəndaşların şəxsi məlumatlarını terrorçulara satan şəxslər ələ keçirilib.

Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, Milli Kəşfiyyat İdarəsi və digər hüquq-mühafizə orqanlarının birgə keçirdikləri əməliyyat nəticəsində şəxsi məlumatları terrorçulara satan kibercinayətkar dəstə ifşa olunub, 11 nəfər həbs edilib.

Məlumata görə, ələ keçirilən şəxslər Türkiyə də daxil olmaqla dünya üzrə bir çox ölkədən minlərlə insanın şəxsi məlumatlarını oğurlayaraq terrorçulara ötürürdülər. Məsələ ilə əlaqələr olaraq Türkiyədə bir sayta giriş qadağan edilib.

13.08.2024 14:09
415