Türkiyədə turist qızın bu hərəkəti QALMAQAL YARATDI: Həbs olundu - VİDEO

Türkiyə hakimiyyəti məşhur turizm bölgəsi Kapadokyada bayraq dirəyində rəqs edən turistə qarşı cinayət işi açıb. 

Musavat.com xəbər verir ki, avqustun 23-də qız türk bayrağı olan bayraq dirəyinə dırmaşaraq rəqs edib, videosu sürətlə sosial şəbəkələrdə yayılıb.

Turistin hərəkəti dövlət bayrağına hörmətsizlik kimi qiymətləndirilib.

Qızı indi 1 ildən 3 ilə qədər həbs cəzası gözləyir. Prokurorluq onun hərəkətini dövlət rəmzlərini təhqir etmək, türk millətini və ya onun qurumlarını alçaltmaq kimi qiymətləndirib. Cinayətkarın adı və vətəndaşlığı açıqlanmır.

Musavat.com

23.08.2025 22:40
1282