Türkiyədə terrorçu qadınlar bomba hazırlarkən məhv edildi

Terror təşkilatı PKK-nın bomba mütəxəssisləri bomba hazırlığı zamanı zərərsizləşdirilib. 

Əməliyyat Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən həyata keçirilib. Əməliyyat zamanı terror təşkilatı olan PKK-nın bomba hazırlamaq üzrə peşəkar mütəxəssisləri olan Bahar Akyol və Nurbahar Karadağlı məhv edilib.

Terrorçuların bomba hazırlayarkən zərərsizləşdirildiyi bildirilib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, uzun müddətdir MİT-in təqib etdiyi terrorçu Akyol və Karadağlının Hakurk bölgəsində olduğu müəyyən edilib.

Təşkilatın terror hücumlarında istifadə etdiyi əldəqayırma partlayıcıları hazırlayan Akyol və Karadağlı bomba qurğuları və əldəqayırma partlayıcı maddələr hazırlayarkən MİT-in Hakurkda keçirdiyi əməliyyatla zərərsizləşdirilib.

31.08.2024 00:09
651