Türkiyə rəsmiləri "Telegram"a narkotik maddələrin satışı, fahişəliyin təbliği, qumar oyunları və uşaq pornoqrafiyası ilə videoların yayılmasında istifadə edildiyinə görə onun bloklanması ehtimalı barədə xəbərdarlıq edib.
Bu barədə “Takvim” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Türkiyə Texnologiya və Kommunikasiya Şurası "Telegram"ın baş ofisinə qanunsuz fəaliyyət üçün istifadə edilən kanalların bağlanması tələbi ilə 1 mindən çox xəbərdarlıq göndərib, lakin hələ də cavab almayıb.
Türkiyənin 8 milyona yaxın Telegram istifadəçisi var və onların sayına görə dünyada 10-cu yerdədir.
Avqustun 2-də Türkiyədə Instagram sosial şəbəkəsinə giriş mövcud qanunvericiliyi pozduğuna görə bağlanıb. Avqustun 10-u axşam Türkiyə hökumətinin tələblərinə əməl etmək razılığı əldə edildikdən sonra ona giriş bərpa edilib.
Şahanə Rəhimli
Musavat.com