Türkiyənin 55 vilayətində əməliyyat keçirilib.
Musavat.com xəbər verir ki, "Narkoçelik-10" əməliyyatı çərçivəsində 250 narkotacir saxlanılıb.
Sözügedən əməliyyat ilə bağlı Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya açıqlama verib.
"Gənclərimizi zəhərləməyinizə əsla icazə verməyəcəyik. Sizi bir-bir tutmaq və məsuliyyətə cəlb etmək əzmindəyik", - deyə nazir bildirib.
Qeyd edək ki, əməliyyat nəticəsində 1 ton 19 kq narkotik vasitə və 1 milyon 23 min narkotik həb ələ keçirilib. Əməliyyatlarda 615 briqada, 1 542 şəxsi heyət və 35 narkotik axtarış iti iştirak edib.
Musavat.com