Türkiyədə sərnişin avtobusu aşıb, 35 nəfər yaralanıb

Türkiyənin Eskişəhir şəhərində sərnişin avtobusu aşıb.

“Report” xəbər verir ki, hadisə nəticəsində 35 nəfər yaralanıb.

Qəza yerinə polis, xilasedici və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.

01.07.2023 12:28
354