Türkiyədə sahibsiz itlərdən qaçan yeniyetmələri avtomobil vurdu - VİDEO

Türkiyənin Mersin şəhərində minik avtomobili sahibsiz itlərdən qaçan iki yeniyetməyə çırpılıb.

Hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Sürücü uşaqları dərhal maşınına mindirərək yaxınlıqdakı xəstəxanaya çatdırıb.

Həkimlər uşaqların vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Həmin görüntüləri təqdim edirik:

14.07.2022 00:27
393