2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Azərbaycan kapitalı ilə 124 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 27 şirkət azdır.
"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 72 milyon 714 min 500 türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 152 milyon 703 min türk lirəsi təşkil edib", - deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyul ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (107) qeydiyyata alınıb.
"İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 65 milyon 969 min 500 türk lirəsi təşkil edib", - deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Azərbaycan kapitalı ilə 66 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir./Trend.az/