Türkiyənin Bursa şəhərində qorxunc anlar yaşanıb.
Musavat.com Türkiyə mediasina istinadən xəbər verir ki, daha öncədən aralarında düşmənçilik olan qohumlar bir-birilərinə silah çəkib, sopa ilə hücum ediblər.
Küçənin ortasında gedən dava ətrafdakı təhlükəsizlik kameraları tərəfindən görüntülənib.
Hadisə ötən gecə saat 22:00 radələrində baş verib. Məlumata görə qohumları bir-birinə düşmən edən torpaqla bağlı vərəsəlik sənədidir. Bir qomun digərlərinin üzərinə tapançadan güllələr yağdırması nəticəsində 3 nəfər yaralanıb.
Hadisə ilə bağlı Baş Prokurorluq araşdırmaya başlayıb.
Musavat.com