Türkiyədə qəribə yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Van-Erciş avtomobil yolunda baş verən qəzada avtomobil işıq dirəyinə çırpılıb, sonra isə dik formada qalıb.
Görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Hadisə zamanı sürücü yüngül xəsarət alıb.
Həmin anın görüntülərini təqdim edirik: