Türkiyədə qayıq batdı: 2-si körpə olmaqla 14 nəfər ÖLDÜ

Türkiyənin Çanaqqala vilayətinin Eceabat rayonu sahillərində qeyri-qanuni mühacirləri daşıyan qayıq batıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, hadisə ilə bağlı Çanaqqala valisi İlhami Aktaş açıqlama verib.

İlkin məlumatlara görə, 2-si körpə olmaqla 14 nəfər həyatını itirib.

Bölgədə itkin düşənlərin tapılması istiqamətində işlər davam etdirilir.

V.Aktaş son açıqlamasında qayıqda neçə nəfərin olduğu barədə dəqiq məlumatın olmadığını bildirib.

Musavat.com

15.03.2024 14:48
608