Türkiyədə partiya üzvü özünü güllələyərək intihar etdi

Samsun İYİ Partiya İdarə Heyətinin üzvü Serkan Lay evində tapança ilə intihar edib.

Musavat.com xəbər verir ki, ağır xəsarətlərlə xəstəxanaya aparılan Serkan Lay bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Samsunun Tekkeköy mahalına bağlı Çayleyik Məhəlləsində axşam saatlarında baş verən hadisədə Samsun İYİ Partiya İdarə heyəti Üzvü 44 yaşlı Serkan Layın ölümü ilə bağlı rəsmi açıqlama verilməyib. 

Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Musavat.com

01.10.2022 15:24
718