Türkiyədə daha bir mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.
“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
O bildirib ki, mütəşəkkil cinayətkar qrupa qarşı əməliyyat ölkənin 7 vilayətində eyni vaxtda keçirilib.
Qeyd edilib ki, liderləri Özay Çetin və Mert Çetin də daxil olmaqla, ümumilikdə 109 qrup üzvü saxlanılıb.