Türkiyədə meşə yanır

Türkiyənin İzmir şəhərində meşə yanır.

“Report” xəbər verir ki, bu barədə NTV xəbər yayıb.

Bildirilib ki, yanğının söndürülməsi üçün qurudan və havadan müdaxilə edilir.

Prosesə 1 helikopter, 5 su tankeri və 1 su təchizatı maşını cəlb olunub.

Hadisənin səbəbi məlum deyil.

17.06.2024 17:29
710