Türkiyədə meşə yanğını evlərə çatdı: Ölən var - VİDEO

Türkiyənin bir çox əyalətində meşə yanğınları tüğyan edir.

Oxu.Az Haber Global-a istinadən xəbər verir ki, analoji məlumatlar İzmir, Balıkəsir, Biləcik, Manisa və Bursadan gəlir.

İzmirdəki yanğına görə, Adnan Menderes Hava Limanında bəzi reyslər təxirə salınıb. Bölgədə fövqəladə hadisəyə görə bir nəfərin öldüyü bildirilib.

Balıkəsirdə alovların yaxınlaşdığı İnkaya məhəlləsi evakuasiya edilib.

Manisada yaşayış sahəsinə yaxın ərazidə başlayan yanğın bəzi evlərə ziyan vurub.

19.07.2024 00:26
719