Türkiyədə mədəndə partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb

Türkiyənin Bartin bölgəsində oktyabrın 14-də kömür mədənində partlayışda ölənlərin sayı 40-a çatıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Türkiyənin Bartin bölgəsində oktyabrın 14-də partlayış baş vermiş kömür mədənində 15 nəfərin xilas edilməsi üçün tədbirlər davam etdirilir.

Enerji və təbii ehtiyatlar naziri Fatif Dönməz bildirib ki, mədəndə qalan 15 nəfərin yeri müəyyənləşdirilib.

15.10.2022 13:05
596