Türkiyədə makaron fabrikində PARTLAYIŞ - Çoxlu sayda yaralı var - FOTO

Bu gün günorta saatlarında Türkiyənin Sakarya vilayətinin Hendek kəndi ərazisində yerləşən Oba makaron fabrikində güclü partlayış baş verib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 13:20 radələrində baş verib, partlayışdan sonra fabrikin yerləşdiyi ərazidən qatı tüstü çıxmağa başlayıb.

Hadisə yerinə Sakarya bələdiyyəsinin yanğınsöndürmə briqadası, sağlamlıq qrupları və təhlükəsizlik qüvvələri göndərilib. Səlahiyyətlilər ikinci partlayış və ya yanğın ehtimalı ilə əlaqədar ərazini boşaldıblar.

Hadisə nəticəsində 30 nəfər yaralanıb, onlardan 6-nın vəziyyəti ağırdır.

Hazırda partlayışdan sonra başlayan yanğının söndürülməsi davam edir. Rəsmi qurumların partlayışın səbəbinin araşdırılmasına başlandığını açıqlayıblar.

Musavat.com

15.09.2024 20:42
506