Superliqanın 10-cu həftəsində keçirilən “Alanyaspor” – “Antalyaspor” matçını izləmək üçün stadiona gələn iki komandanın azarkeşləri arasında dava düşüb.
Musavat.com xəbər verir ki, stadiondan kənara çıxan davada xəsarət alanlar olub.
Bir-birinə girən azarkeşlərə jandarma müdaxilə edərkən, “Antalyaspor” azarkeşlərini daşıyan avtobus daşqalaq edilib. Avtobusdan düşən azarkeşlər ərazidəki bəzi evlərin şüşələrini sındırıblar. Qarşıdurma zamanı hər iki komandanın tərəfdarları xəsarət alıb.
Jandarma hadisə ilə bağlı araşdırma başlatdı.
Musavat.com