Türkiyədə küçədə çılpaq gəzən kişini döydülər - VİDEO

Türkiyənin Mardin vilayətində maraqlı hadisə yaşanıb.

Küçədə çılpaq gəzən şəxs ətrafdakılar tərəfindən təpik və şillə ilə döyülüb.

Musavat.com oxu.az-a istinadən bildirir ki, məlumata görə, hadisə Mardinin Artuklu rayonunun İstasyon məhəlləsində baş verib. Küçədə çılpaq gəzən şəxsi görənlər - "Belə gəzməyə utanmırsan?" - deyərək ona təpik və şillə ilə zərbələr vurublar. Daha sonra çağırdıqları polis qruplarına təhvil veriblər.

Hadisə yoldan keçən sərnişin mikroavtobusundakı sərnişinlərdən biri tərəfindən mobil telefonla anbaan lentə alınıb.

Nəzarətə alınan şübhəli tibbi müayinədən sonra dindirilmək üçün polis bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

19.09.2024 15:10
738