Türkiyədə kömür mədənində partlayış: Ölən və yaralananlar var

Türkiyənin Sivas vilayətinin Kardere kəndində yerləşən açıq kömür mədənində baş verən partlayış insan tələfatı ilə nəticələnib.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həyatını itirib, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Partlayışın səbəbləri hələlik müəyyən olunmayıb. Əraziyə cəlb olunan xilasedicilər dünyasını dəyişən şəxsin cəsədini çıxarıb, yaralıları isə ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdiriblər.

Faktla bağlı araşdırma aparılır.

Musavat.com

26.05.2025 22:46
342