Türkiyə polisi "İslam Dövləti" terror qruplaşmasına qoşulmaqda şübhəli bilinən 119 nəfəri saxlayıb.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu varədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
“İD-ə qarşı əməliyyat nəticəsində 23 əyalətdə 119 şübhəli saxlanılıb”, - nazir X sosial şəbəkəsində yazıb.
Əməliyyat ölkənin paytaxtı İstanbul, Ankara, Antalya və digər vilayətlərdə keçirilib.
Yerlikaya daha əvvəl İD-ə qarşı mübarizə çərçivəsində 3,5 mindən çox şübhəlinin saxlanıldığını bildirib. Oxşar əməliyyatlar Türkiyədə mütəmadi olaraq həyata keçirilir.
Musavat.com