Türkiyədə iş yerinin qadın tualetinə gizli kamera quraşdıran kişi belə cəzalandırıldı

Sanitar qovşağına gizli kamera quraşdıran şəxsə hökm oxunub.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, İstanbulda iş yerinin tualetinə gizli kamera quraşdıraraq işçi qadınların görüntülərini çəkən Mert.D adlı şəxs 1 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə bildirilib ki, Mert D. tualetə yerləşdirdiyi gizli kamera vasitəsi ilə 72 video lentə alıb, 11 şəkil çəkib.

Kameranı işçi qadınlardan biri aşkarlayıb. Videoya baxan zaman eynəkli kişinin tez-tez kadra düşməsindən məlum olub ki, kameranı quraşdıran şəxs də odur. Məsələ ilə bağlı polisə müraciət olunub, Mert D. polis tərəfindən saxlanılıb.

05.11.2024 15:25
720