Türkiyədə iki gəmi toqquşdu - ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Mərmərə dənizində Ahırkapı açıqlarında quru yük gəmisi ilə konteyner gəmisi toqquşub.

Musavat.com yerli KİV-ə istinadən xəbər verir ki, toqquşma anı mobil telefonun kamerası tərəfindən qeydə alınıb.

Xatırladaq ki, Rusiyadan gələn "New Legent" adlı 228 metr uzunluğundakı yükdaşıyıcısı ilə 141 metr uzunluğundakı "Elbsun" adlı konteyner gəmisi toqquşub.

Məlumata görə, qəza zamanı ölən və yaralananlar olmayıb.

Musavat.com

18.09.2023 15:47
771